AZ

ABŞ-də şotdaunla bağlı razılığa gəlindi

 ABŞ senatorları Amerika tarixində ən uzun davam edən hökumət “şotdaununa” yəni  bağlanmasına son qoyması ilə bağlı ikitərəfli razılaşma əldə ediblər.

Ölkə.az CNN-ə istinadən xəbər verir ki, artıq 60 senator qanun layihəsini dəstəkləyib, 40 senator isə əleyhinə çıxıb. Müqavilə 2026-cı il yanvarın 30-na kimi hökumətin əməliyyatları üçün maliyyə vəsaiti təmin edəcəkdi. Qanun layihəsi indi Nümayəndələr Palatasına qaytarılacaq və orada prezident Donald Tramp tərəfindən imzalanmalıdır. Təsdiqləmə prosesi daha bir neçə gün çəkə bilər. 

Qeyd edək ki, ABŞ-da şotdaun oktyabrın 1-dən başlayıb və artıq 40-cı gündür davam edir. Bu da ölkə tarixində ən uzun müddətli şotdaun hesab olunur. Əvvəlki rekord Trampın prezidentliyinin birinci dövründə olub və 35 gün davam edib.

Oktyabrın 1-dən bəri 1,5 milyona yaxın dövlət qulluqçusu və hərbçi məzuniyyətə çıxarılıb və ya ödənişsiz işləməyə məcbur edilib.

İqtisadçıların hesablamalarına görə, bağlanma ABŞ-a həftədə 10-30 milyard dollara başa gəlib. 

Mürtəza

Seçilən
32
1
olke.az

2Mənbələr