İmişlidə hamilə qadın xəstəxanada ölüb.
Ölkə.az xəbər verir ki, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.
Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.
TƏBİB-dən bildirilib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub:
"Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib".