Şəmkir rayonunda iki ayrı dönərxanada baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Agentlik tərəfindən məsələ nəzarətə götürülüb:
"Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir", - məlumatda qeyd olunub.