AZ

İsrail 2014-cü ildə Qəzzada həlak olan hərbçinin qalıqlarını gerialdı

İsrail hakimiyyəti 2014-cü ildə Qəzza zolağında həlak olan israilli hərbçi Hadar Qoldinin cəsədinin qalıqlarını geri aldığını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edək ki, 23 yaşlı Qoldin 2014-cü ildə İsrail və HƏMAS arasında gedən müharibə zamanı, atəşkəsin qüvvəyə minməsindən cəmi iki saat sonra öldürülmüşdü. Onun ailəsi illər boyu onun cəsədinin vətənə qaytarılması üçün ictimai kampaniya aparıb.

Qoldinin qalıqları İsraillə HƏMAS arasında hazırkı müharibədən əvvəl Qəzzada qalan yeganə israilli hərbçi cəsədi idi.

Hazırda isə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı girov götürülən dörd nəfərin qalıqları hələ də Qəzzada qalır.

Seçilən
25
4
redaktor.az

5Mənbələr