AZ

Noyabrın 11-də Bakıda və rayonlarda gözlənən hava

Noyabrın 11-də Bakıda və rayonlarda gözlənən hava

Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə AFN.az-a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq.

Seçilən
12
49
afn.az

10Mənbələr