AZ

ABŞ-də şatdaun başa çatır- Avropa və Asiya birjalarında sürpriz canlanma

BAKI, 10 noyabr. TELEQRAF

Avropa və Asiya birjalarında səhmlər bahalaşıb.

Teleqraf xəbər verir ki, ABŞ Senatının federal hökumətin bağlanmasına son qoymağa yönələn ilkin addımları ABŞ fyuçerslərinin artmasına səbəb olub.

Tarixdə ən uzunmüddətli hökumət bağlanmasının başa çatacağına dair ümidlər “S&P 500” indeksinin fyuçerslərini 0,7% artırıb. “Dow Jones” Sənaye İndeksinin fyuçersləri isə 0,1% yüksəlib.

Almaniyanın “DAX” indeksi 1,4% artaraq 23 891,71 bəndə, Paris birjasında “CAC 40” indeksi 0,9% bahalaşaraq 8 024,23 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 0,5% artaraq 9 729,77 bəndə çatıb.

Seçilən
97
teleqraf.com

1Mənbələr