AZ

ABŞ-da gündəlik 2700-dən çox uçuş ləğv edilir

ABŞ-da gündəlik 2700-dən çox uçuş ləğv edilir

ABŞ-da hökumətin 40 gündür bağlı qalması səbəbindən aviasiya fəaliyyətindəki problemlər davam edir və ölkədə gündəlik uçuşların ləğv sayı 2700-ü keçib.

Ölkədə uçuşları izləyən FlightAware saytının məlumatına görə, yalnız bazar günü təxminən 10 min uçuş gecikib.

Cümə günü 1000-dən çox, şənbə günü isə 1500-dən çox uçuş ləğv edilib.

ABŞ Nəqliyyat Naziri Şon Daffi hökumətin bağlı qalmasının davam etməsi halında ABŞ hava hərəkətinin əhəmiyyətli dərəcədə azala biləcəyini bildirib.

Daffi əlavə edib ki, kəsintilər nəticəsində uçuşların 20 faizədək azaldıla biləcəyi ehtimalı var.

Hökumətin bağlı olması səbəbindən aktiv işləyən hava hərəkətini idarə edən dispetçerlərin sayının azalması uçuşların ləğv edilməsinin əsas səbəbi kimi göstərilir. Şirkətlər isə məsuliyyəti hökmət və Konqresdə görürlər.

Seçilən
70
afn.az

1Mənbələr