AZ

Runi hakimin yanlış qərar verdiyini düşünür

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Premyer Liqanın 11-ci turu çərçivəsində dünən keçirilən "Mançester Siti" - "Liverpul" oyununun hakimi Kris Kavananın səhv etdiyini bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Liverpool Echo" belə çatdırıb:

"Vircil van Deykin vurduğu qolu saymaq lazım idi. Həmin vaxt "Liverpul"un digər futbolçusu Endi Robertsonun qapıçı Canluici Donnarummanın önünü kəsdiyini düşünmürəm. "Mançester Siti"nin qapıçısı topu tam şəkildə görürdü. Məncə, hakimin qərarı doğru deyildi".

Qeyd edək ki, 11 tura 18 xal toplayan "Liverpul" Premyer Liqanın turnir cədvəlində 8-ci, 22 xala malik "Mançester Siti" isə 2-ci pillədə mövqe tutub. "Şəhərlilər" lider "Arsenal"dan 4 xal geri qalırlar.

Nihat

 

Seçilən
13
1
fanat.az

2Mənbələr