AZ

Texasda baş verən silahlı hücumda 3 nəfər ölüb

Texasda baş verən silahlı hücumda 3 nəfər ölüb

ABŞ-ın Texas ştatına bağlı San Antonio şəhərində bir iş yerində baş verən silahlı hücumda 3 nəfər ölüb.

San Antonio Polis Departamentinin dünən yaydığı açıqlamaya görə, şəhərdəki bir landşaft materialları şirkətində baş verən hücum nəticəsində 3 nəfər ölüb. Təşvişə düşən digər işçilər isə binadan qaça biliblər.

Hadisəni araşdırmaq üçün hadisə yerinə gələn polis qrupları bir neçə saatdan sonra hücum edən şəxsin meyitini tapıblar.

İntihar etdiyi müəyyən edilən hücumçunun 21 yaşlı Xose Ernandes Qalo olduğu təsdiqlənib.

Rəsmi şəxslər bildiriblər ki, hadisə təsadüfi hücum olmayıb. Hücumun səbəbi üzrə araşdırma davam edir.

Seçilən
19
afn.az

1Mənbələr