AZ

Azərbaycanın qadın stolüstü tennisçiləri İslamiadada bürünc medal qazanıblar - FOTO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın stolüstü tennisçilərindən ibarət komanda uğurla çıxış edib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Zemfira Mikayılova, Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət yığmamız bürünc medal qazanaraq turniri üçüncü pillədə başa vurub.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz

Seçilən
55
idman.biz

1Mənbələr