Türkiyəli ağırlıqqaldıran Yusif Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
Publika..az xəbər verir ki, bunu Report-a açıqlamasında türkiyəli idmançı bildirib.
73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb:
"Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm".
O, azərbaycanlı ağırlıqqaldıranlarıla xoş münasibətdə olduğunu vurğulayıb: