AZ

Kadırov 96 qohumuna yüksək vəzifələr verib

Ramzan Kadırovun ən azı 96 qohumu hökumətdə yüksək vəzifələr tutur və ya vaxtilə tutub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ailə üzvlərinin dövlət strukturlarında iştirak dərəcəsinə görə Çeçenistan rəhbəri digər Rusiya siyasətçilərindən xeyli irəlidədir. Müqayisə üçün, prezident Vladimir Putinin 26 belə qohumu var. Kadırov

Təhqiqat müəllifləri qeyd edirlər ki, ümumiyyətlə, Rusiyada qohumların dövlət orqanlarında və ya dövlət şirkətlərində işə götürülməsi praktikası olduqca geniş yayılmışdır. Onların hesablamalarına görə, vəzifəli şəxslərin ən azı 76%-nin dövlətlə əlaqəli strukturlarda da işləyən qohumları var.

Kadırovun qohumlarının hakimiyyətdə çox təmsil olunmasına gəlincə, bu, Çeçenistanın spesifikası ilə bağlıdır. Burada teyp (qəbilə) qohumluğuna yüksək dəyər verirlir və ailələr çoxuşaqlı olur.

Musavat.com

 

Seçilən
16
1
musavat.com

2Mənbələr