Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan altı nəfərdən ikisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Sevindik Abdurəhmanov və "Chevrolet" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Famil Şəmiyev xəsarətlərlə xəstəxanaya hospitalizasiya ediliblər.
Hadisə nəticəsində avtomobillərdə olan dörd nəfərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.