ain.az, Apa.az portalına istinadən məlumat verir.
Lənkəranda baş verən qəzada xəsarət alanlar var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 164-cü km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini 1976-ci il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə “VAZ-2107” markalı nəqliyyat vasitəsi yolu əks istiqamətdə hərəkətdə idarə edərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.