AZ

Ər-Riyad "İbrahim müqavilələri"ni yalnız bu şərtlə imzalayacaq

Səudiyyə Ərəbistanı ABŞ-a açıq şəkildə bildirib ki, o, "İbrahim müqavilələri"ni yalnız Fələstin dövlətinin yaradılması üçün yol xəritəsi qəbul edildikdən sonra imzalayacaq.

Publika.az xəbər verir ki, "Reuters" bu barədə Fars körfəzindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, keçən həftə ABŞ prezidenti Donald Tramp krallığın tezliklə bu sazişlərə qoşulacağına ümid etdiyini bildirib.

Məlumata görə, Ər-Riyad diplomatik kanallar vasitəsilə Vaşinqtona razılaşmalar üzrə mövqeyinin dəyişməz qaldığını açıqlayıb.

Agentliyin mənbələrinə görə, səudiyyəlilərin İsrailin baş naziri Benyamin Netanyahunun Fələstin dövlətinin yaradılmasının qəti əleyhinə olduğu nəzərə alınsa, Amerika liderinin İsraillə münasibətləri normallaşdırmaq tələbini təmin etmək imkanını hələlik mümkün deyil.

Seçilən
10
publika.az

1Mənbələr