AZ

Bayram günlərində həkimə müraciətlər də artıb – İnsanlar niyə xəstələnir?

Bayram günlərində istirahət və əyləncə ilə yanaşı, insanların sağlamlıq problemləri ilə bağlı müraciətlərində də artım müşahidə olunur. Həkimlər bildirirlər ki, bu dövrdə xəstəlik hallarının çoxalması təsadüfi deyil. Bəs, bayram günlərində insanların xəstələnmə ehtimalı niyə artır?

Bu barədə KONKRET.az-a açıqlamasında həkim-terapevt Günay Lətifova məlumat verib.

Tibb

Onun sözlərinə görə, son günlərdə ümumi xəstəliklərin sayında da artım qeydə alınıb. Həkim bu halın əsas səbəbləri arasında hava şəraitinin qeyri-sabit keçməsini və insanların bayram günlərində bəzi gigiyenik və sağlamlıq qaydalarına laqeyd yanaşmasını göstərib:

“Bayram günlərində insanlar soyuq içkilərə, dondurmaya daha çox üstünlük verirlər. Havanın dəyişkən keçdiyi bu dövrdə bu cür vərdişlər boğaz ağrısı, soyuqdəymə və digər respirator xəstəliklərin yaranmasına səbəb olur. Bu da avtomatik olaraq xəstəliklərin sayını artırır”, – deyə o, bildirib.

Günay Lətifova vətəndaşlara bayram günlərində soyuq içkilərdən istifadədə diqqətli olmağı, eyni zamanda geyimlərini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
34
1
konkret.az

2Mənbələr