AZ

Gədəbəydə dağlıq ərazidə yanğın başlayıb

Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

 

Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

 

Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.


Seçilən
14
17
senzor.az

10Mənbələr