AZ

Abramyan: “2020-ci ildə Ermənistanın bütün döyüş texnikası məhv edilib”

Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan hökuməti sərt tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb:

“Tam bir dejavü yaşanır. Deyirlər ki, 50 nəfərlik qruplar yaradın, məlumatlarınızı e-poçtla göndərin, sizi silah görməyə aparacağıq. Bütün bunlar ona görə baş verir ki, siz artıq 7 ildən çoxdur hakimiyyətdəsiniz, amma nə idarəetmə sistemini, nə də dövlət mexanizmini anlaya bilmisiniz”.

Abramyan qeyd edib ki, Ermənistanda planlı səfərbərlik əvəzinə xaotik çağırışlar səsləndirilir:

“Evindən dəbilqə və zirehli jilet götür, 30 nəfərlik dəstə qur, komandir seç - nəticələr isə hamıya məlumdur”.

Erməni deputat hökumətin hava hücumundan müdafiə sistemi (HHM) ilə bağlı vədlərinə də istehza ilə yanaşıb:

“Siz “səmanı bağlayırıq” deyirdiniz, bəs 44 günlük müharibədən sonra neçə HHM divizionu almısınız? Mən tam təchizatdan və çoxqatlı müdafiə sistemindən danışmıram, amma heç olmasa, “TOR-2” tipli bir neçə sistem belə ala bildinizmi?”

O, Hindistandan və digər ölkələrdən gətirilən hərbi texnikanın praktiki dəyəri olmadığını, sadəcə “turist atraksionuna çevrildiyini” vurğulayıb.

Abramyanın sözlərinə görə, 2020-ci il müharibəsində və 2022-ci ilin sentyabr döyüşlərində demək olar ki, bütün texnika məhv edilib, Ermənistanın müdafiə qabiliyyəti bərpa olunmayıb.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr