AZ

Abşeronda oğul anasını ÖLDÜRDÜ

Abşeron rayonunda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 2008-ci təvəllüdlü Səid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Manset.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Abşeron rayonunun Məmmədli kəndində baş verib. Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Rəfiqə Əliyeva ailəsi ilə birlikdə Bakıda kirayə qalıb və ticarət mərkəzlərindən birində xadimə işləyib.

O, xadimə işlədiyi dövrlərdə başqa bir kişi ilə tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Bir müddətdən sonra R.Əliyeva ailəsindən xəbərsiz evi tərk edib və həmin tanış olduğu kişi ilə qaçıb. Ailə üzvləri onu bir neçə ay axtarsalar da, tapa bilməyib.

Atası Səid və onun qardaşlarını Salyan rayonundakı ata evinə köçürüb, özü isə Dağıstana işləməyə gedib. 3 aydan sonra Rəfiqə oğlu Səidə zəng vuraraq, başqa kişi ilə yaşadığını və geri qayıtmayacağını bildirib. Səid anasından evlərinə qayıtmasını xahiş etsə də, qadın onların yanına qayıtmayacağını bildirib.

Bir neçə gündən sonra Səid evlərindən bıçaq götürərək, Bakıya gəlib, anasına zəng edərək onunla görüşmək istədiyini deyib. Anası onuna görüşə razı olub və onlar Məmmədi kəndində, yolun kənarında görüşüblər. S.Əliyev anasını söhbətə tutaraq, onu insanların az hərəkət etdiyi dalanlardan birinə aparıb. O, anasından geri qayıtmasını istəyib. Anası isə yenə də onun sözünə baxmayıb və geri qayıtmayacağını bildirib. Həmin vaxt əsəblərini cilovlaya bilməyən yeniyetmə üzərindəki bıçaqla anasına 10 zərbə endirib. O, anasının tam öldüyünə əmin olduqdan sonra hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyev şübhəli şəxs qismində tutularaq, istintaqa təhvil verilib.

Seçilən
5
4
manset.az

5Mənbələr