AZ

Naxçıvan üzrə şəkərli diabetdən əziyyət çəkən uşaqların Bakı şəhərinə ekskursiyası təşkil edilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Naxçıvan, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti və "Urban Crew" MMC-nin təşkilatçılığı ilə muxtar respublika üzrə şəkərli diabetdən əziyyət çəkən uşaqların noyabrın 10–12-də Bakı şəhərinə ekskursiyası təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə “Diabet Mənim Dostumdur” adlı düşərgə çərçivəsində həyata keçirilir. Düşərgəyə yola düşməzdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra uşaqların Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovla görüşü olub.

Görüş zamanı nazir muxtar respublikada Dövlət Proqramına uyğun olaraq şəkərli diabetli uşaqlar üçün görülən işlər, tətbiq edilən yeniliklər və göstərilən dəstək tədbirləri barədə məlumat verib, düşərgə iştirakçılarına səmərəli və xoş istirahət arzulayıb.

Daha sonra uşaqlar valideynləri ilə birlikdə Bakı şəhərinə yola düşüblər. Düşərgənin ilk günündə rəsmi açılış mərasimi keçirilib, ardınca uşaqlar üçün əyləncəli proqramlar, intellektual oyunlar və maarifləndirici təlimlər təşkil olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs ilk dəfə olaraq muxtar respublikada Ağbulaq İstirahət Mərkəzində təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
azertag.az

4Mənbələr