AZ

İmişlidə yol qəzası zamanı ölən şəxsin kimliyi bilinib YENİLƏNİB

ain.az bildirir, Azertag portalına istinadən.

İmişli, 10 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonu ərazisində minik avtomobilinin aşması nəticəsində ölən şəxsin kimliyi bilinib və yaralanan şəxsin vəziyyəti açıqlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Azsamand" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan sərnişin Əbil Ədilli ölüb, sürücü isə xəsarət alıb.

İmişli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2001-ci il təvəllüdlü şəxsə döş qəfəsi və qarın boşluğunun küt travması, boyun nahiyəsinin əziyi, boyunun sağ yarısının sıyrılmış yarası diaqnozları təyin olunub. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

16:45

İmişli rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qeydə alınıb. "Azsamand" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı bir nəfər ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib. Hadisə zamanı xəsarət alan bir nəfər isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
7
azertag.az

8Mənbələr