AZ

Qarabağ Zəfəri bölgə üçün dönüş və mənəvi anlam daşıyır təhlükəsizlik üzrə ekspert

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 noyabr, Elmir Səftərov, AZƏRTAC

Qarabağ Zəfəri bölgə üçün böyük bir dönüş və mənəvi anlam daşıyır. Bu Zəfər nəticəsində Azərbaycan bölgədəki hərbi və siyasi üstünlüyünü başda imperialist Qərb olmaqla, bir çox dairələrə açıq şəkildə göstərdi. Qarabağ Zəfərindən sonra Azərbaycan təkcə regional deyil, həmçinin qlobal səviyyədə hərbi və siyasi güc kimi tanınır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli təhlükəsizlik və terror üzrə ekspert Coşkun Başbuğ söyləyib. O bildirib ki, dünyada son illərdə əsasən imperializmin uydurduğu, məqsədli şəkildə quraşdırılmış müharibələrin yaşandığı bir dövrdə, Azərbaycanın bu sistemə qarşı çıxışı və mövcud nizamı sarsıdan addımı ilə bir çox ölkəyə cəsarət verdi. Bu hadisə həm də Ermənistanın daxili siyasi balansını alt-üst etdi.

“Bu gün artıq Ermənistan Azərbaycanın öz suveren torpaqlarındakı mövqeyini açıq şəkildə qəbul edir və bu, əslində Ermənistan siyasətinin iflasının təsdiqidir.

Eyni zamanda, Azərbaycanın bu hərbi addımı böyük bir oyanış, dirəniş və regionda, eləcə də yaxın coğrafiyada həm siyasi, həm də hərbi baxımdan çoxsaylı dəyişikliklərə yol açdı.

Qarabağ Zəfərindən sonra Türk dünyasında da mühüm hadisələr baş verdi. Türk kimliyi artıq özünü həm siyasi, həm də hərbi güc kimi göstərməyə başladı. Ona görə də Qarabağ müharibəsini böyük bir dönüş nöqtəsi və bir çox siyasi, hərbi hadisələrin müsbət mənada başlanğıcı kimi görürəm. Bu Qələbə bölgənin dirçəlişinə, sabitliyinə və gələcəkdə daha güclü bir Azərbaycanla, daha güclü bir Türk dünyasının formalaşmasına yol açacaq. Şübhəsiz ki, bu prosesdə Qarabağ Zəfərinin rolu çox böyükdür”,- deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda azərbaycanlı zabitlər təhsil almaq üçün Türkiyəyə gəldilər. Onlar Türkiyə Silahlı Qüvvələrinin sıralarında təlim keçərək bugünkü güclü Azərbaycan Ordusunun əsasını qoydular. O dövrdə qurulan qardaşlıq münasibətləri bu gün də nəticəsini verir. Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığı, birgə layihələri və müdafiə sənayesindəki ortaq inkişaf Qarabağ Zəfərinin qazanılmasında həlledici rol oynadı. Azərbaycan təkcə Ermənistanı deyil, ona dəstək verən qüvvələri də diz çökdürdü.

“Prezident Rəcəb Tayyib Ərdoğan və onunla birlikdə olan nümayəndə heyətinin Azərbaycanın Zəfər Gününə qatılması, sadəcə, bir mərasim deyil, çox ciddi bir siyasi və mənəvi mesajdır.

Bu iştirak dostlara inam, düşmənlərə isə qorxu verən bir göstəricidir. Türkiyə bu addımı ilə bir daha nümayiş etdirdi ki, Azərbaycanın sevinci də, kədəri də Türkiyənin sevinci və kədəridir. “Bir millət, iki dövlət” ifadəsi, sadəcə, bir şüar deyil, reallığın özüdür.

Prezident Ərdoğan Qarabağ müharibəsi dövründə dəfələrlə bildirmişdi ki, Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır. Eyni vəziyyət Türkiyə üçün də keçərlidir, əgər bir gün Türkiyə çətinliyə düşsə, Azərbaycan da qardaşlıq borcunu yerinə yetirərək yanında olacaq.

Bu birlik, Türk dünyasına bir mesaj, eyni zamanda, türkün düşmənlərini narahat edən bir mənzərədir. Türk birliyinə qarşı çıxanlar bu həmrəyliyə narahat ola bilər, amma Türkiyə geri addım atmır və atmayacaq.

Çünki biz bilirik ki, Azərbaycan nədirsə, Türkiyə odur, Türkiyə nədirsə, Azərbaycan da odur.

Zəfər Günündə bu birlik bir daha möhkəmləndi və bu mənzərə gələcək illərdə də davam edəcək”,- deyə C. Başbuğ bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
azertag.az

3Mənbələr