AZ

“Van Deykin qolu səhvən ləğv edildi” - FOTO

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Premyer Liqanın 11-ci turunda “Liverpul”un “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olduğu oyunda hakim qərarını şərh edib.

90deqiqe.Az-ın "Liverpool Echo"ya istinadən məlumatına görə, Runi 38-ci dəqiqədə qapıçıya müdaxilə iddiası ilə ləğv olunan Vircil van Deykin qolunun düzgün hesab edilməli olduğunu bildirib:

“Van Deykin qolu sayılmalı idi. Məncə, Endi Robertson Donnarummaya mane olmadı. ‘Mançester Siti’ qapıçısı topu tam şəkildə gördü, buna görə də qərar səhv idi”

Hazırda “Liverpul” 11 turdan sonra 18 xalla turnir cədvəlinin 8-ci pilləsində, “Mançester Siti” isə 22 xalla ikinci yerdə qərarlaşıb. Lider “Arsenal”dan fərq isə 4 xal təşkil edir.

Seçilən
22
90deqiqe.az

1Mənbələr