ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
24 yaşlı Davud Qurbanov 2020-ci ildə oktyabrın 1-də hərbi xidmətdən tərxis olunacaqdı, amma oktyabrın 3-də şəhidlik zirvəsinə ucaldı.
O, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, 2017-2019-cu illərdə magistr təhsili alıb. Bir sıra televiziya kanallarında montajçı vəzifəsində çalışıb.
Şəhidin anası Qənirə Hacıyeva Baku TV-yə müsahibəsində oğlunun qələbəmizdə payı olması ilə qürur duyduğunu bildirib.
"Davud evdə sonbeşik idi, amma onun məsləhətinə qulaq asardıq. Məktəbdə oxuyanda da dostları onunla fəxr edirdilər", - deyə o, sözlərinə əlavə edib.
Qənirə xanım söyləyib ki, Davudun son sözü "hələ mənimlə çox fəxr edəcəksiniz" olub:
"Zəng edəndə dedi ki, ata, narahat olmayın, hələ mənimlə çox fəxr edəcəksiniz".
Daha ətraflı videomaterialda:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.