AZ

Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar

Alimlər Yer kürəsinə tədricən yaxınlaşan 3I/ATLAS kosmik obyektindən ilk radiosiqnalı 1665 MHz və 1667 MHz xətlərində tutmağa müvəffəq olublar.

Bizim.Media bu barədə "The Astonomer 's Telegram" portalına istinadən xəbər verir.

Radiosiqnal oktyabrın 24-də Cənubi Afrikada yerləşən "MeerKAT" radioteleskopu vasitəsilə tutulub.
 

Harvard Universitetinin alimi Avi Loeb bildirib ki, 2026-cı il martın 26-da 3I/ATLAS Yupiterin yanından keçərkən, "Yunona" kosmik aparatı obyektdən aşağıtezlikli siqnal tutmağa çalışacaq.


3I/ATLAS kosmik obyekti 1 iyul tarixində görünüb. Daha sonra alimlər müəyyən ediblər ki, bu, başqa bir ulduz sistemindən olan kometadır.

Həmçinin obyektin təxminən 7,5 milyard yaşında olduğu müəyyən edilib, yəni Günəşdən 3 milyard il böyükdür. (Oxu.az)

Bizim.Media

Seçilən
17
4
bizim.media

5Mənbələr