AZ

Çin Yaponiyanın baş naziri ilə bağlı baş konsulun açıqlamasını şərh etməkdən imtina edib

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, Tayvanla bağlı şərhlərinə görə sosial mediada Yaponiyanın baş naziri Sanae Takaichi-ni “başını kəsməklə” hədələyən Çinin Osakadakı baş konsulu Xue Jianın bəyanatını şərh etməkdən imtina edib.

Brifinq zamanı Lin Jian bildirib:

“Biz sosial şəbəkələrdə verilən şəxsi açıqlamaları şərh etmirik.”

Doğru.az xəbər verir ki, Lin Jian əlavə edib ki, Pekin Tokionun “doğru ilə yanlışı qarışdırmayacağına” və “əsassız ittihamlardan çəkinəcəyinə” ümid edir.

Çin Xarici İşlər Nazirliyi Takayçinin Tayvanla bağlı bəyanatından son dərəcə narazı olduğunu və artıq Yaponiyaya ciddi şəkildə təmsil olunduğunu vurğulayıb. Eyni zamanda Yaponiya hökuməti Çinin baş konsulunun sözlərinə etirazını bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Liberal Demokrat Partiyasının sədri Sanae Takaichi səs çoxluğu ilə Yaponiyanın 104-cü Baş Naziri seçilmiş və ölkənin ilk qadın baş naziri olmuşdur.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
dogru.az

2Mənbələr