AZ

Lukoyl bu ölkə ilə bağlı QƏRAR VERDİ: Fors-major vəziyyət ELAN EDİLİB

Rusiyanın Lukoyl neft şirkəti İraqdakı Qərbi Qurna-2 yatağında fors major vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, şirkət Rusiya vətəndaşı olmayan xarici işçilərin işə qəbulunu təxirə salır. Səbəb İraq hakimiyyəti tərəfindən nağd pul və xam neft ödənişlərinin dayandırılmasıdır.

Lukoyl İraq hakimiyyətini fors major vəziyyətinin davam edəcəyi təqdirdə Qərbi Qurna-2 layihəsindən çıxma ehtimalı barədə xəbərdar edib.

Lukoyl İraqda dünyanın ən böyük neft yataqlarından biri olan Qərbi Qurna-2-ni idarə edir. Şirkət gündə 480 min barel neft hasil edən müəssisənin səhmlərinin 75 faizinə sahibdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
21
konkret.az

1Mənbələr