AZ

BBC Trampdan üzr istədi

BBC Trampdan üzr istədi

Böyük Britaniyanın ictimai yayımçısı BBC ötən il yayımlanan ABŞ Prezidenti Donald Tramp haqqında sənədli filmdə 2021-ci il Konqres basqını ilə bağlı ifadələrin kontekstdən çıxarılaraq montajlandığının üzə çıxmasından sonra rəsmi şəkildə üzr istəyib.

BBC-nin İdarə Heyətinin sədri Samir Şah Mədəniyyət, Media və İdman Komitəsinin deputatlarına göndərdiyi məktubda Trampın çıxışına dair montajın yanlış təəssürat yaratdığını və bu məsələnin daha diqqətli şəkildə işlənməli olduğunu etiraf edib.

Şah bildirib ki, BBC-nin “Panorama” proqramında yayımlanan sənədli filmdə Trampın 6 yanvar 2021-ci il tarixli çıxışından alınan hissələr birləşdirilərək, onun tərəfdarlarına “Konqresə yürüyün və mübarizə aparın” çağırışı etdiyi təəssüratı yaradılıb.

“Qiymətləndirmə nəticəsində çıxışın montaj formasının birbaşa zorakılığa çağırış kimi qəbul oluna biləcəyini etiraf edirik. BBC bu yanlış qiymətləndirməyə görə üzr istəyir,” – deyə Şah qeyd edib.

BBC İdarə Heyətinin sədri əlavə edib ki, keçmiş BBC əməkdaşı və Yayım Prinsipləri və Standartları Şurasının müstəqil müşaviri Maykl Preskottun sızdırdığı bir qeydlə başlayan proses 500-dən çox şikayətə səbəb olub.

Bununla belə, Şah Preskottun bütün iddialarını qəbul etmədiyini vurğulayıb və BBC-nin müəyyən xəbərləri gizlətdiyi yönündəki fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.

Seçilən
44
afn.az

1Mənbələr