AZ

Qubada qadın kişini baltaladı

Qubanın Çartəpə kəndində qohumlar arasında yaranan mübahisə baltalanma ilə bitib. 

Belə ki, Çartəpə kənd sakini, 43 yaşlı qadın G.Nəcəfova qohumu, 34 yaşlı Rüstəmov Kamrana yaşadığı evdə kəsici alətlə xəsarətlər yetirilib.

Yaralı K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən G.Nəcəfova saxlanılıb.

Hadisənin torpaq sahəsinə görə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. 

Seçilən
54
4
ucnoqta.az

8Mənbələr