AZ

Flik "Barselona"nın ulduzlarının durumunu açıqladı: Bu tarixdə qayıdacaqlar

"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın zədəli futbolçularının durumuyla bağlı son məlumatları paylaşıb.

Moderator.az xəbər verir ki, almaniyalı mütəxəssis AS nəşrinə açıqlamasında yarımmüdafiəçi Pedri, hücumçu Rafinya və qapıçı Xuan Qarsiyanın vəziyyətinə aydınlıq gətirib:

“Məncə, Rafinya və Qarsiya böyük ehtimalla növbəti oyuna qədər komandaya qayıdacaq. Beynəlxalq fasilədən sonra isə bəlkə Pedrini də görə bilərik. Ümid edirik ki, yığmalarına gedən bütün oyunçular sağlam şəkildə geri dönəcəklər”.

“Barselona” növbəti matçını noyabrın 22-də La Liqa çərçivəsində “Atletik”ə qarşı keçirəcək.

İspaniya çempionatında 12 turdan sonra “Barselona” 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real”dan 3 xal geri qalır.

Seçilən
19
2
moderator.az

3Mənbələr