AZ

Xalq artisti ən böyük arzusundan danışdı

Xalq artisti Fatma Mahmudova ən böyük arzusundan danışıb.

“Yeni Sabah” xəbər verir ki, “Günə uğurla” verilişində qonaq olan sənətçi müğənni qızı Nigar Tofiqizinin toyunu görmək istədiyini bildirib:

“İnsan nə qədər yaşa dolursa-dolsun, yenə də arzu ilə yaşayır. Ən böyük arzum, qızım Nigarın qarşısına yaxşı bir insanın çıxmasıdır. Ona gözəl bir toy etmək və övladlarını görmək istəyirəm. Mənim yanımda oturmağa layiq bir kürəkən arzulayıram ki, utanmayım. Bəyənmədiyim adamı yanımda oturda bilmərəm. O, mənim sənətimə, şəxsiyyətimə, əxlaqıma, insanlığıma layiq biri olmalıdır. Fatma Mahmudova kasıb olsa da, yanında hər adamı oturda bilməz”. (Axşam.az)


Telegram kanalımız
Seçilən
9
2
yenisabah.az

3Mənbələr