AZ

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

Gəncə İdman Sarayında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatı uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Avropanın müxtəlif ölkələrindən gəlmiş ən istedadlı gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Çempionatın ikinci günündə 15 yaşadək idmançılar arasında üçlük, fərdi və qarışıq cütlük kateqoriyalarında, eləcə də gənclər arasında fərdi, qrup və aerodans proqramları üzrə təsnifat mərhələləri keçirilib. Gənc gimnastların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Yarışların gedişində iştirakçılar texniki bacarıqlarını, sinxronluq və bədii təqdimat səviyyələrini nümayiş etdiriblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.

İkinci gündə baş tutan komanda hesabında mükafatlandırma mərasimində gənclər yaş kateqoriyası üzrə 1-ci yerdə İspaniya, 2-ci yerdə İtaliya, 3-cü yerdə Rumıniya, 15 yaşadək idmançılar arasında 1-ci yerdə Macarıstan, 2-ci yerdə Ukrayna, 3-cü yerdə Litva komandası yer alıb.

Qeyd edək ki, Avropa çempionatı çərçivəsində final mərhələləri və qaliblərin mükafatlandırma mərasimi 11 noyabr tarixində baş tutacaq.

Gəncədə keçirilən bu nüfuzlu tədbir ölkəmizdə gimnastikanın inkişafına, həmçinin regionlarda idman tədbirlərinin sayının artmasına mühüm töhfə verir.

Seçilən
20
8
azerbaijan-news.az

9Mənbələr