AZ

“Paşinyanın açıqlaması regionda sabitliyi poza bilər” - Mübariz Göyüşlü

“Paşinyanın bu bəyanatını gərginlik yarada biləcək açıqlama kimi qiymətləndirmək olar. Əvvəla, Azərbaycanın nəzarətində olan ərazilərlə bağlı Paşinyanın dediyi kimi Ermənistana məxsus bir suveren ərazi mövcud deyil. Bu situasiyada onun məsələni gündəmə gətirməsi mövcud sülh təşəbbüslərinə və artıq irəliləyən dialoqa mənfi təsir göstərə bilər. Paşinyan bu açıqlamanın gərginlik yaradacağını və sülh proseslərinə zərbə vurma ehtimalını yaxşı bilir. Belə bir addım regionda mövcud olan sülh atmosferinə xələl gətirə bilər və onun mənfi niyyətlərini ortaya qoyur. Bu niyyət əsasən regiondakı vəziyyəti gərginləşdirməkdən ibarətdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası və ərazi məsələləri ilə bağlı son açıqlamalarında diqqəti qarşılıqlı olaraq nəzarət altında olan ərazilərin qaytarılmasına yönəldib. O, sərhəd bölgələrindəki mövcud vəziyyəti “tarixi ədalətin bərpası” prizmasından qiymətləndirərək, delimitasiya prosesinin davam etdirilməsinin həm sülh, həm də bölgədə sabitliyin təmin olunması baxımından vacib olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, hüquqi baxımdan hər iki tərəfə aid olmayan ərazilərin geri qaytarılması qarşılıqlı etimadın artırılmasına xidmət edə bilər.

Siyasi şərhçi bildirib ki, xüsusilə Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına doğru addımlar atıldığı, taxıl dəhlizi və tranzit imkanlarının yaradıldığı bir dövrdə belə bir açıqlama ümumi prosesin pozulmasına səbəb ola bilər.

Seçilən
22
1
aznews.az

2Mənbələr