AZ

Ukraynada yüksək səviyyəli korrupsiya qalmaqalı Zelenskinin biznes tərəfdaşı da istintaq altındadır

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynanın Korrupsiyaya qarşı Mübarizə Bürosu (NABU) ölkənin energetika sahəsində yüksək səviyyədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupun ifşa edildiyini açıqlayıb. Qrupun tərkibində energetika nazirinin sabiq müşaviri və “Enerqoatom” dövlət şirkətinin təhlükəsizlik xidmətinin rəhbəri də olub.

İstintaq hələlik konkret adlar açıqlamasa da, “Azadlıq” radiosunun Ukrayna xidməti məlumat verir ki, iş üzrə Ukrayna Prezidenti Volodimir Zelenskinin biznes tərəfdaşı Tümur Mindıç da hallanır.

Büronun məlumatına görə, 15 aylıq əməliyyat və 1000 saata yaxın audioyazılar nəticəsində dövlətin strateji müəssisələrinə, xüsusən də “Enerqoatom”a təsir göstərmək, pul yuyulması və qanunsuz varlanma məqsədilə qurulmuş genişmiqyaslı korrupsiya sxemi sənədləşdirilib.

İstintaq orqanları vəzifəli şəxslərin enerji təchizatı müqabilində 10–15 faiz “haqq” alma mexanizmini müzakirə etdikləri səs yazısını da ictimaiyyətə təqdim edib.

Yerli media bildirir ki, 50-dən çox məmurun ev və ofislərində axtarış aparılıb, onların arasında hazırkı ədliyyə naziri German Qaluşenko da var. Qaluşenko əvvəllər energetika naziri vəzifəsini tutub.

Müxalifət isə hesab edir ki, Zelenskinin hökuməti bu istintaqı və enerji sektorunda aparılan həbsləri ictimai qəzəbi azaltmaq və günahı məmurların üzərinə yükləmək üçün “günah keçisi” axtarışı kimi istifadə edir.

Onların fikrincə, bu prosesin məqsədi, enerji sisteminin Rusiya hücumlarına qarşı tab gətirə bilmədiyi təqdirdə məsuliyyəti bölüşdürməkdir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
azpolitika.info

1Mənbələr