AZ

"WhatsApp"da ən çox gözlənilən yenilik - Təsdiqlədi

Məşhur messencer "WhatsApp"da telefon nömrələri əvəzinə istifadəçi adlarından istifadə etmək imkanı yaranacaq.

Ölkə.Az xəbər verir ki, yeni funksiya "WABetainfo" portalının məlumatında elan olunub.

"WhatsApp" yenidən ən çox gözlənilən yeniliklərindən birini təsdiqlədi — istifadəçi adlarının tətbiqini. Bu çoxdan gözlənilən funksiya istifadəçilərə telefon nömrələrini açıqlamadan bir-biri ilə ünsiyyət qurmağa imkan verəcək ki, bu da məxfilik və təhlükəsizliyin təmin olunması baxımından ciddi addım sayılır”, - məlumatda qeyd olunur.

Materialda əlavə olunub ki, hər bir istifadəçiyə unikal identifikator (BSUID) veriləcək. Bu identifikator sayəsində şirkətlər insanların telefon nömrələrini bilmədən onlara mesaj göndərə biləcəklər. "WABetainfo"nun məlumatına görə, hər iki yenilik 2026-cı ildə istifadəyə veriləcək.

Leyla

Seçilən
41
olke.az

1Mənbələr