AZ

Qazaxıstanda çoxlu sayda silah-sursat müsadirə olunub

2025-ci ilin oktyabr ayında polis orqanları ilə birgə və prokurorluğun koordinasiyası altında Astana və Almatı şəhərlərində, eləcə də doqquz əyalətdə odlu silahların qanunsuz dövriyyəsinin qarşısının alınmasına yönəlmiş bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

“İki sahil” Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyatlar nəticəsində 40 ədəd silah müsadirə olunub. Onların arasında bir piyada alovsaçanı, dörd ədəd Kalaşnikov avtomatı, on iki tapança, iyirmi üç tüfəng, beş qumbara və 800-dən çox sursat var.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.

Qeyd olunur ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi odlu silahların və sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Seçilən
13
1
ikisahil.az

2Mənbələr