AZ

Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs yaxalandı


Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Seçilən
16
15
baki-xeber.com

10Mənbələr