AZ

ABŞ Sakit Okeanda narkotik daşıyan daha iki gəmini vurdu…


ABŞ Sakit Okeanının şərq hissəsində narkotik daşıyan gəmilərə zərbə endirib. ABŞ müdafiə katibi Pit Heqsetin sözlərinə görə, hər gəmidə üç narkoterrorçu olub.

"Dünən Prezident Trampın göstərişi ilə terror təşkilatları tərəfindən idarə olunan iki gəmiyə iki ölümcül zərbə endirildi. Bizim kəşfiyyatımıza görə, bu gəmilər qanunsuz narkotik qaçaqmalçılığında istifadə edilirdi. Onlar narkotikləri daşıyır və narkotik alverinin məşhur tranzit marşrutu ilə hərəkət edirdilər. Hər iki zərbə beynəlxalq sularda həyata keçirilib və hər gəmidə üç narkoterrorçu olub. Onların altısı da öldürülüb. ABŞ qüvvələri xəsarət almayıb. Prezident Trampın rəhbərliyi altında biz vətəni qoruyuruq və ölkəmizə və xalqımıza zərər vurmaq istəyən bu kartel terrorçularını məhv edilir” – deyə Heqset bildirib.

TAHİR

Seçilən
41
baki-xeber.com

1Mənbələr