AZ

Musiala zədədən sonra ilk dəfə məşq etdi

style='margin-bottom:10px;'>

"Bavariya" klubunun hücumameyilli yarımmüdafiəçisi Camal Musiala zədəsindən sonra bərpa prosesini uğurla davam etdirir.

QOL.az xəbər verir ki, “Bild”in məlumatına görə, futbolçu reabilitasiya məşqçisi Saymon Martinellonun rəhbərliyi altında fərdi məşq keçib və ilk dəfə top ilə işləyə bilib. Son mövsümlərdə tez-tez zədələnən Musiala klubun dünya çempionatı çərçivəsində “PSJ” ilə görüşdə (0:2) Canluici Donnarumma ilə toqquşma nəticəsində baldır sümüyünün sınığı və ayaq biləyinin çıxması səbəbindən zədə almışdı.

Qeyd edək ki, 22 yaşlı gənc futbolçunun “Bavariya” ilə cari müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
 

Seçilən
14
1
teleqraf.com

2Mənbələr