AZ

Neftçala bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.

Məlumata görə, bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Neftçala şəhərində bazar yanır.

Azreform.info xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
4
azreform.info

10Mənbələr