AZ

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zaqatala, 10 noyabr, AZƏRTAC

Axşam saatlarında Zaqatalanın Mazıx kəndində avtomobildən kişi meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 75 yaşlı Muxax kənd sakini Murtuzəli Dadamayevin cansız bədəni idarə etdiyi QAZ-24 markalı avtomobildə tapılıb. Hadisə yerinin ilkin təhqiqi zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
3
azertag.az

4Mənbələr