AZ

20 il beyinsiz yaşadı

ABŞ-də beynin böyük hissəsi olmadan doğulan qadın 20 il yaşayıb və həkimlərin proqnozlarını alt-üst edib.

Milli.Az xəbər verir ki, "People" nəşrinin məlumatına görə Nebraska ştatının Omaha şəhərindən olan Aleks Simpson 2005-ci ildə hidranensefaliya diaqnozu ilə dünyaya gəlib. Həkimlər onun cəmi bir neçə il yaşayacağını bildirsələr də, qadın bu ilin payızında 20 yaşını qeyd edib.

Valideynləri qızlarını "həyat uğrunda döyüşçü" adlandırır və onun yaşamasını "möcüzə" kimi qiymətləndirirlər.

Onların sözlərinə görə, Aleks nə görür, nə də eşidir, lakin yaxınlarının varlığını hiss edir və onların emosional vəziyyətinə reaksiya verir.

Mütəxəssislərin məlumatına görə, hidranensefaliya çox nadir xəstəlikdir və təxminən hər 5-10 min hamiləlikdən birində rast gəlinir. Bu diaqnozla doğulan uşaqların əksəriyyəti ilk il ərzində dünyasını dəyişir.

Qeyd edək ki, Aleks Simpson bu xəstəliklə bu qədər uzun müddət yaşayan ən uzunömürlü insan kimi tarixə düşüb.

İsmayıl
Milli.Az

Seçilən
20
2
milli.az

10Mənbələr