Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Aynur Mikayılova bu gün final görüşünə çıxıb.
İdmançımız özbəkistanlı Khumorabonu Mamajonova ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşdə məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
İslam Oyunları: Daha bir boksçumuz yarımfinalda
Boksçularımız Avropa çempionatına hazırlığı Kastamonuda davam etdirəcəklər
Boksçumuz İslamiadaya qələbə ilə başlayıb - FOTO
Azərbaycan İslamiadada 7 boksçu ilə təmsil olunacaq
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər