AZ

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Bu ilin noyabr ayında Azərbaycan və Gürcüstan ərazisindən yeni açılan dəmir yolu marşrutu ilə ölkəmizdən Ermənistana buğda tədarükü qısa müddətdə təşkil olunub.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İlk yük bu il noyabrın 6-na keçən gecə gəlib. Biz xüsusi vurğulayırıq ki, bu tədbir regional kommunikasiyaların blokdan çıxarılması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində həyata keçirilən səylər və 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmalar nəticəsində mümkün olub.

Adları çəkilən Cənubi Qafqaz respublikaları (Azərbaycan və Ermənistan nəzərdə tutulur - red.) arasında münasibətlərin normallaşdırılmasında iştirak edərkən Rusiya ardıcıl olaraq onların suveren milli maraqlarını rəhbər tutur. Qərbin vasitəçilik səyləri isə hələ zamanın sınağından çıxmayıb”, - bəyanatda qeyd edilib.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr