Dehlidə avtomobilin partlaması nəticəsində səkkiz nəfər ölüb.
"Report"un yerli mediaya istinadən məlumatına görə, bu barədə Hindistanın daxili işlər naziri Amit Şah bildirib.
"Bu gün saat 19:00 radələrində (Bakı vaxtı ilə 17:30 - red.) Dehlidə Qırmızı Qala yaxınlığında "Hyundai i20" markalı avtomobildə partlayış baş verib. Xəstəxanadan alınan məlumata görə, indiyə qədər səkkiz nəfər ölüb", - o bildirib.
Nazir partlayış yerinə baş çəkib. O, nazirliyinin yüksək vəzifəli şəxslərinin noyabrın 11-də iclasının keçiriləcəyini açıqlayıb.
Daha əvvəl NDTV telekanalı partlayışda 13 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını bildirib. Telekanal partlayan avtomobilin ilk sahibinin həbs olunduğunu bildirib. Onun satdığı avtomobilin sahibinin partlayışda öldüyü güman edilir.