"İdmançıların Uğur Hekayələri" podkastının növbəti buraxılışı yayımlanıb.
90deqiqe.Az-ın məlumatına görə, “SportZone”un bu dəfəki qonağı Azərbaycan futbolunun tanınmış veteran simalarından biri – milli komandanın keçmiş baş məşqçisi və hazırda məşqçilik fəaliyyəti ilə tanınan Mahmud Qurbanovdur.
Mahmud Qurbanov uzun illər Azərbaycan futboluna oyunçu və məşqçi kimi töhfə verən, meydanda liderliyi, taktiki düşüncəsi və fədakarlığı ilə seçilən simalardandır. O, karyerası ərzində “Turan”, “Qarabağ”, “Şəmkir” kimi klublarda çıxış edib, milli komandanın heyətində dəfələrlə forma geyinib və futbolun inkişafı istiqamətində mühüm rol oynayıb.
Podkastda Mahmud Qurbanov futbolçu kimi keçdiyi uzun və təcrübə dolu yoldan, meydandakı uğurlarının arxasındakı zəhmət və inamdan danışır. O, həmçinin məşqçi kimi gənc futbolçuların yetişdirilməsində üzərinə düşən məsuliyyətdən, bu sahədə qarşılaşdığı çağırışlardan və futbolun gələcəyi ilə bağlı baxışlarından söz açır.
Videonu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: