AZ

ABŞ Əsədə qarşı sanksiyaları ləğv etməyib

ABŞ Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı sanksiyaları davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

“Bəşər Əsəd və onun tərəfdaşlarına, Suriyanın keçmişdə kütləvi qırğın silahlarının yayılması ilə əlaqəli şəxslərə qarşı sanksiyalar qüvvədə qalır”, - məlumtda qeyd olunub. 

Bildirilir ki, İŞİD və "Əl-Qaidə"  terror təşkilatları ilə əlaqəli şəxslərə qarşı da sanksiyalar qüvvədə qalır.

Bundan əvvəl, Birləşmiş Ştatlar Suriyaya qarşı sanksiyaları və ixrac nəzarətini yumşaldılması barədə qərar qəbul edib. 

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr