AZ

Ukraynanın bu şəhərində kişi qalmayıb

Ukraynanın Odessa vilayətinin  “Ukraynanın Venesiyası” kimi tanınan Vilkovo şəhərində şəhərin meri Matvey İvanovdan başqa heç kim qalmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb. 

Nəşrin yazdığına görə, bu şəhərdən çağırış yaşında olan bütün kişilər ya səfərbər olunublar, ya da Hərbi Komissarlıqdan gizləniblər. 

"Vilkovo meri açıq şəkildə bildirib ki, o, "şəhərdə yeganə kişi" olaraq qalır, digər bələdiyyə işçiləri isə qadınlardır", - NYT mənbələrə istinadən yazıb. 

Xatırladaq ki, oktyabrın 30-da Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 günlük müddətə, 2026-cı il fevralın 3-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Gülayə Mecid 

Seçilən
18
unikal.az

1Mənbələr