Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee-nin (Bəxtiyar Əliyev) ikinci övladı dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb. O, qız övladının olduğunu bildirib:
"10 noyabr 2019-cu ildə həyat yoldaşımla tanış olduq və 6-cı ildönümümüz üçün tanrı bizə bir şahzadə bəxş etdi".
Qeyd edək ki, bu, Bahh Tee-nin ikinci evliyidir. İfaçının Səidə adlı xanımla evliliyindən 4 yaşlı qızı da var.