AZ

Tramp BBC-yə vaxt qoydu: Əks halda, 1 milyard dollarlıq təzminat davası açılacaq

ABŞ prezidenti Donald Tramp Britaniyanın BBC telekanalına qarşı 1 milyard dollarlıq təzminat davası açmaqla hədələyib.

Musavat.com xəbər verir ki, məlumatı NBC News Trampın hüquq komandasının nümayəndəsinə istinadən yayıb. Nümayəndə bildirib ki, "BBC prezident seçkilərinə müdaxilə etmək cəhdi ilə sənədli filmini qəsdən və aldadıcı şəkildə redaktə etməklə Prezident Trampı rüsvay etdi".

Trampın hüquqşünasları həmçinin qeyd edirlər ki, Amerika lideri "yalan, fırıldaq və saxta xəbərlər yayanları məsuliyyətə cəlb etməyə" davam edəcək.

BBC ABŞ prezidentinin vəkillərindən 14 noyabr cümə günü, saat 22:00-ı son tarix təyin edən məktub alıb. Bu vaxta qədər telekanal “Panorama” sənədli filminin "tam və ədalətli təkzibi"ni verməlidir.

Xatırladaq ki, BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər üzrə baş direktoru Deborah Turness dünən Amerika liderinin çıxışının təhrif edilməsi ilə bağlı qalmaqala görə istefa veriblər.

"The Telegraph" qəzetinin araşdırmasına görə, BBC-nin "Panorama" sənədli filmində Trampın redaktə edilmiş çıxışı yer almış və bununla da izləyiciləri çaşdırmışdır. Xüsusilə BBC Trampın çıxışının iki hissəsini redaktə edərək, onun 2021-ci ildə ABŞ Konqresinin ələ keçirilməsini açıq şəkildə təşviq etdiyi və buna çağırdığı təəssüratı yaradıb.

 

Musavat.com

Seçilən
12
46
musavat.com

10Mənbələr